“Gəncəli Mübariz” xərçəngə tutuldu - Vəziyyəti ağırdır 

09:30 - 30 İyun 2025

“Gəncəli Mübariz” xərçəngə tutuldu - Vəziyyəti ağırdır 

25 ildir cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan “Gəncəli Mübariz” kimi tanınan Mübariz Ramiz oğlu Niyazovun səhhətində ciddi ağırlaşmalar qeydə alınıb.


Manset.az xəbər verir ki, 72 yaşlı Mübariz Niyazov artıq uzun müddətdir xərçəng xəstəsidir. O, bir dəfə Penitensiar Xidmətin Müalicə Müəssisəsində, 2 dəfə isə Milli Onkologiya Mərkəzində əməliyyat olunub. Bununla yanaşı Mübariz Niyazovun yanaşı xəstəlikləri də var. Ürəyinə 4 stend yerləşdirilib.

2025-ci il iyunun 2-də stendin dəyişdirilməsi zamanı kliniki ölüm keçirib. Şəkər xəstəsidir və yüksək təzyiqdən əziyyət çəkir.

Qeyd edək ki, “Gəncəli Mübariz” ömürlük həbs cəzasına məhkum edilib və 25-ildir cəzaçəkmə müəssisəsindədir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az