"Dabaq xəstəliyi ilə bağlı vaksinlərin tərkibi və keyfiyyəti ciddi araşdırılacaq" - NAZİR

09:12 - 27 Sentyabr 2025

\"Dabaq xəstəliyi ilə bağlı vaksinlərin tərkibi və keyfiyyəti ciddi araşdırılacaq\" - NAZİR

Son günlər ölkənin müxtəlif bölgələrində mal-qarada dabaq xəstəliyinin sürətlə yayılması və kütləvi tələfat halları müşahidə olunur. Fermerlər bildirirlər ki, aparılan peyvəndləmə tədbirləri gözlənilən effekti vermir, yoluxmuş heyvanlar xəstəliyi ağır keçirir, südvermə kəskin şəkildə azalır və ya xəstəlik ölüm halları ilə müşayiət olunur. Məlumatda həmçinin qeyd edilir ki, ölkəyə dabaq xəstəliyinə qarşı gətirilən vaksinlər keyfiyyətsiz olub və bununla bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nazirliyə xəbərdarlıq etdiyi bildirilir.


Manset.az bununla bağlı Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovla əlaqə saxlaya bilib. Nazir bildirib ki, hazırda istifadə olunan vaksinlər araşdırılır:

“Bu məsələ ilə bağlı araşdırma aparılması, həmçinin vaksinlərin tərkibi və keyfiyyəti ilə bağlı müvafiq tapşırıqlar vermişəm. Məsələ ciddi şəkildə təhlil ediləcək. Eyni zamanda, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xəbərdarlıq edilməsi məsələsi də araşdırılacaq”, – deyə nazir qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az