Bakıda tanınmış vizajist Nigar İbrahimova yaxın qohumuna bahalı və yadda qalan toy mərasimi təşkil edib.
Manset.az-a bu barədə toyda qısa çəkilişlər edən, həvəskar operator Səbuhi İsazadə məlumat verib.
Onun sözlərinə görə, toy paytaxtın ən bahalı restoranlarından birində baş tutub. Məclisə şou-biznesin tanınmış simaları – Nadir Qafarzadə, Elnur Məmmədov və digərləri qatılıblar.
Yaxın qohum və dostların iştirak etdiyi bu təmtəraqlı məclisdə Nigar İbrahimova hər kəsi şoka salan addım atıb. O, toyda xidmət göstərən personal və musiqiçilərə yüksək məbləğdə pul paylayıb. Hətta toyda qısa video çəkilişlər aparan Səbuhi İsazadəyə də 500 manat bəxşiş verib.
Operatorun sözlərinə görə, Nigar İbrahimovanın bu addımı itkinin təsiri altında, yaxud başqa bir səbəbdən atdığı məlum olmayıb.
Qeyd edək ki, Nigar İbrahimova müğənni İradə İbrahimovanın bacısı və "İn studio" gözəllik salonunun rəhbəridir.