Qoşqar Təhməzlidən AQTA əməkdaşlarına gülməli TAPŞIRIQ

10:55 - 08 Oktyabr 2025

Qoşqar Təhməzlidən AQTA əməkdaşlarına gülməli TAPŞIRIQ

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qurumun əməkdaşlarına qəribə göstəriş verib.


Manset.az-ın əldə etdiyi məlumata görə, agentliyin əməkdaşlarına tapşırıq verilib ki, AQTA ilə bağlı yayımlanan rəsmi xəbərlərin və açıqlamaların linklərini şəxsi sosial şəbəkə hesablarında paylaşsınlar. Bildirilir ki, bu göstəriş birbaşa Qoşqar Təhməzlinin əmri ilə verilib. Qeyd olunub ki, tapşırığa əməl etməyən əməkdaşlar işdən azad olunacaqlar.

Bir müddətdir davam edən bu "qəribə tapşırıq" əməkdaşlar arasında narazılıq yaradıb. Onlar bu məsələ ilə bağlı rəhbərliyə müraciət etsələr də, sərt münasibətlə qarşılaşıblar. Nəticədə, agentlik daxilində narazılıqların artdığı bildirilir.

Bundan əlavə, əməkdaşlara AQTA ilə bağlı yayılan neqativ xəbərlərə təkzib xarakterli müsbət rəylər yazmaq da tapşırılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az