Dəmir yollarında BİABIRÇILIQ: Bu stansiyalarda liflər və keçidlər işləmir

10:15 - 09 Oktyabr 2025

Dəmir yollarında BİABIRÇILIQ: Bu stansiyalarda liflər və keçidlər işləmir

Zabrat-2 dəmiryolu stansiyasında vətəndaşın liftlərin işləməməsi və keçidlərin fəaliyyətsiz olması səbəbindən Sumqayıt istiqamətində hərəkət edən sürət qatarını qaçırması ilə bağlı görüntülər yayılıb. 


Manset.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib. 
Vətəndaş problemlə əlaqədar iradını stansiya işçisinə də bildirib. Onların arasında problemlə bağlı mübahisə yaranıb.

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" (ADY) ilə bağlı bu cür narazılıqlar son vaxtlar tez-tez gündəmə gəlir. Xüsusilə, dəmiryollarına məxsus bir sıra stansiyalarda keçidlərin işləməməsi, bank kartlarında gediş haqqı ödənişi prosesində yaranan saysız-hesabsız problemlər, qatarların fəaliyyətsizliyi ilə bağlı şikayətlərin ardı-arası kəsilmir. 

Sözügedən görüntüləri təqdim edirik:


Manset.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az