İsrail və Qəzza atəşkəsi realdır? - Əsl məqsəd budur

14:20 - 09 Oktyabr 2025

İsrail və Qəzza atəşkəsi realdır? - Əsl məqsəd budur

Bu gün uzun müddətdir davam edən və dünya gündəmini zəbt edən münaqişələrədən biri olan Qəzza-İsrail arasında atəşkəs elan olundu.

 

Hətta İsrail ordusunun Qəzzadan qoşunlarını çıxarmağa hazırlaşması ilə bağlı da məlumat verilib. Münaqişənin illərdir davam etməsi bu atəşkəsin reallığı ilə bağlı suallar yaradır. Bir çoxları bu qərarın, əslində, sadəcə siyasi gediş olduğunu və xüsusi məqsəd daşıdığını düşünür. 

Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Manset.az-a açıqlamasında atəşkəs prosesinin real olma ehtimalından danışıb.


“Razılaşmanın birinci mərhələsi başa çatdı və razılıq əldə olundu. Bu məsələdən dərhal sonra İsrail müdafiə qüvvələri yerləşdirmə xəttlərini tənzimləmək üçün hazırlıqlara başlayıb və birinci mərhələ bu gün İsrail höküməti tərəfindən də təsdiq olunub. Atəşkəsin qüvvəyə minməsi ilə İsrailin razılaşdırılmış xəttin çəkilməsi baş verdi. Qarşıda çətin işlər var, şübhəsiz ki, bölgədə HƏMAS-ın tərk-silah edilməsi və Qəzzada sabitliyin təmin olunması ilə bağlı keçid administrasiyası qurulmalıdır və sonra da yenidən qurmaya keçid olunmalıdır. Amma bunun nə cür olacağı bəlli deyil”.

Ekspert bildirib ki, bütün proses silahsızlaşdırılma üzərində qurulub. 

“Zəmanət yoxdur ki, silahsızlaşdırma prosesinə HƏMAS-la yanaşı digər Fələstin radikal qruplaşmalarının yanaşması necə olacaq. İkincisi, HƏMAS-la razılaşmaya İsrailin baş nazirinin təmsil olunduğu koalisiya hökümətinin qərarı necədir. Çünki onların bu məsələyə münasibəti çox radikaldır. Burada əsas açar söz beynəlxalq nəzarət qruplarının bölgədə fəaliyyətə başlaması məsələsidir. Mənə elə gəlir ki, ABŞ sabitlik adı altında öz ordusunu yeritməyi düşünür. İlk 5 gün üçün 400 yardım maşınının Qəzzaya girməsinə şərait yaradılacaq. Amma bu prosesi yenə də həll etmir. İsrailin geri çəkilməsinə verilən vaxt 24 saatdır. HƏMAS-ın Qəzzada saxladığı girovları azad eləmək üçün verilən vaxt isə 72 saatdır. Yeri gəlmişkən, Misir, Qətər və Türkiyə də proseslərdə iştirak edir.

Əziz Əlibəyli qeyd edib ki, Qəzza ilə bağlı sülhün əldə olunmağına dair açığı zəmanət yoxdur. Bütün detallar işlənilməlidir və boşluqlar həll olunmalıdır.

 

Fidan Vəlisoy

 

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az