DİQQƏT! "Bank of Baku"dan kredit götürməyin! - Aldadıla bilərsiniz

11:01 - 21 Noyabr 2025

DİQQƏT! \"Bank of Baku\"dan kredit götürməyin! - Aldadıla bilərsiniz

“Bank of Baku”dan şikayətlər bitmir. Sosial şəbəkələrdə vətəndaş bankla bağlı illərdir davam edən problemini diqqətə çatdırıb.


Manset.az xəbər verir ki, şikayətçinin sözlərinə görə, o, 2010-cu ildə bankdan 3000 dollar kredit götürüb, 2013-cü ildə isə krediti bağladığını düşünüb. Lakin 2025-ci ildə icra məmurları tərəfindən çağırılaraq 2900 dollar borcu qaldığı bildirilib.

Vətəndaş iddia edir ki, həm o, həm də zamin məhkəməyə aparılıb və hər birinə 500 manat əlavə cərimə yazılıb. Şikayətçi bildirir ki, 15 ildən sonra yenidən borc tələbi ilə üzləşməsi böyük narazılıq yaradıb. Onun sözlərinə görə, bankdan aydın və rəsmi cavab ala bilmir, məsələ isə müxtəlif hakimlərin icraatına verilib.

Qeyd edək ki, son aylarda “Bank of Baku” ilə bağlı köhnə kreditlərin yenidən gündəmə gətirilməsi barədə şikayətlər sosial şəbəkələrdə artmaqdadır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az