"Avromed" anbarlarında robotlar işə başlayacaq.
Manset.az xəbər verir ki, bu sözləri ötən gün "Avromed Company" MMC-nin media nümayəndələri üçün təşkil etdiyi anbar turunda şirkətin əməkdaşı deyib.
"Azərbaycanın ən böyük dərman idxalçılarından olan "Avromed" logistika proseslərinə robot texnologiyalarını tətbiq etməyə hazırlaşır. Yaxın vaxtlarda işə salınacaq robotlar anbar əməliyyatlarını optimallaşdıracaq və əməkdaşların işini daha asan və təhlükəsiz edəcək” - deyə əməkdaş əlavə edib.
"Avromed" nümayəndəsinin sözlərinə görə, bu addım həm işləmə sürətini artıracaq, həm də sifarişlərin daha dəqiq və təhlükəsiz şəkildə idarə olunmasına imkan verəcək.
Fidan Vəlisoy