Oğuzda meşədə yanmış meyiti tapılan Aqil Rəsulov vəzifəli şəxs imiş.
Manset.az Ölkə.az-a istinadən xəbər verir ki, o, Həbib Babayev adına 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışırmış.
Hadisənin təfərrüatı hələlik məlum deyil.
Qafqazinfo-nun əldə etdiyi məlumata görə, bu, A.Rəsulovun ailəsində baş vermiş ilk belə hadisə deyil. Daha əvvəl onun atası və əmisi oğlu da oxşar şəkildə vəfat edib.
Qeyd edək ki, 1965-ci il təvəllüdlü A.Rəsulovun yanmış meyiti oktyabrın 31-i səhər saatlarında şəhərin meşəlik ərazisində tapılıb.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.
