İrandakı səfirliyimizə hücum edən şəxsə ölüm hökmü verildi

22:26 - 20 Fevral 2024

İrandakı səfirliyimizə hücum edən şəxsə ölüm hökmü verildi

“Azərbaycanın İrandakı səfirliyində terror aktı törədən şəxs haqqında ölüm hökmü çıxarılıb”.

 

Manset.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalist Mir Şahin Ağayevə müsahibəsində deyib.

K.Əliyev bildirib ki, təqsirləndirilən Yasin Hüseynzadəyə üç epizod üzrə ittiham verilib.

Qeyd edək ki, İran qanunvericiliyinə əsasən, barəsində hökm çıxarılan şəxs 20 gün ərzində Ali Məhkəməyə şikayət verə bilər. Hüququndan istifadə edərsə, Ali Məhkəmənin qərarından sonra hökm icra ediləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az