Rəsmi Bakıdan Kamilin saxlanılmasına REAKSİYA

10:22 - 21 Fevral 2024

Rəsmi Bakıdan Kamilin saxlanılmasına REAKSİYA

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tanınmış məşqçi Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı məlumat yayıb.

 

XİN-in Mətbuat katibi Ayxan Hacızadə Manset.az-a bildirib ki, məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır.

Onun sözlərinə görə, vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir: “Əlavə məlumat olarsa, bildiriləcək”.

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Kamil üçün vəkil tutulduğunu, onun saxlanılma səbəbinin hələlik dəqiqləşmədiyini açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az