Millət vəkili Allahverdi Bağırovun heykəlini hazırlatdı: Harada qoyulacaq?

12:25 - 25 Fevral 2024

Millət vəkili Allahverdi Bağırovun heykəlini hazırlatdı: Harada qoyulacaq?

Azərbaycanda millət vəkili “Qarabağ” futbol klubun yaradıcısı olan Milli Qəhrəman, şəhid-komandir Allahverdi Bağırovun heykəlini hazırladıb.

 

Manset.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a Milli Məclisin əslən Ağdamdan olan deputatı Aqil Abbas məlumat verib.

O, bildirib ki, həmkarı, millət vəkili Ağalar Vəliyevin sifarişi ilə Milli Qəhrəmanın heykəli artıq hazırdır: 

“Allah qoysa, Ağdamda stadion tikilsin, ondan sonra orada “Qarabağ” klubunun yradıcısının heykəli qoyulacaq. Milli Məclisin deputatı Ağalar Vəliyev Allahverdi Bağırovun yeni stadionun önünə qoyulacaq heykəlini də hazırlatdırıb”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az