“Region xaricindəki geosiyasi intriqaları Cənubi Qafqaza daşımaq istəyən qüvvələr var” - Hikmət Hacıyev

13:19 - 01 Mart 2024

“Region xaricindəki geosiyasi intriqaları Cənubi Qafqaza daşımaq istəyən qüvvələr var” - Hikmət Hacıyev

“Azərbaycan Prezidentinin də dediyi kimi artıq Qarabağ problemi yoxdur. Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib”.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu 2024 çərçivəsində azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycanın baxışı ondan ibarətdir ki, Cənubi Qafqaz regionunda davamlı sülh və əmin-amanlıq təmin olunmalıdır.

“Azərbaycan bu niyyətin daşıyıcısıdır. Sülh müqaviləsi layihəsinin mətnini yazan və təqdim edən də məhz Azərbaycan Respublikasıdır.

Amma təəssüflər olsun ki, regionumuzda militarizasiya siyasəti həyata keçirən, silahlanma yarışmasına rəvac verən, regionda yeni ayırıcı və bölücü xətlərin yaradılmasına cəhd göstərən, eyni zamanda, Cənubi Qafqaz regionu xaricində olan geosiyasi intriqalarını bölgəyə daşımaq istəyən qüvvələr var. Ermənistanla Azərbaycan arasında sərhədi sərhəd kimi deyil, bir növ konfrontasiya xətti kimi inkişaf etdirməyə çalışan müəyyən qüvvələr var ki, bütün bunlar da təəssüf doğurur. Biz gözləyirik ki, Ermənistan əvvəlki illərin səhvini təkrarlamayacaq, regionda davamlı sülhə xidmət edəcək bir siyasət yürüdəcək. Azərbaycanın niyyəti bundan ibarətdir”, - Prezidentin köməkçisi qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az