Hikmət Hacıyev Konqo Prezidentinin müşaviri ilə görüşdü - FOTO

14:56 - 05 Mart 2024

Hikmət Hacıyev Konqo Prezidentinin müşaviri ilə görüşdü - FOTO

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Konqo Prezidentinin beynəlxalq strategiya üzrə müşaviri Fransuaza Joli ilə görüşüb.

 

Manset.az xəbər verir ki, H.Hacıyev baş tutan görüş barədə özünün “X” hesabında paylaşım edib.

“Azərbaycan Afrika ölkələri ilə ənənəvi dostluq münasibətlərinə malik olduğuna və Qoşulmama Hərəkatına sədrlik ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı platforma yaratdığına görə, ölkələrimiz arasında siyasi, enerji, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin inkişafını müzakirə etdik. COP29 Konqo ilə qarşılıqlı fəaliyyətimiz üçün daha bir fürsətdir", - deyə H.Hacıyev qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az