YAP-ın ərazi partiya təşkilatında iclas keçirildi - FOTO

20:53 - 05 Mart 2024

YAP-ın ərazi partiya təşkilatında iclas keçirildi - FOTO

"İnşaatçılar pr.98 (“XXI əsr” Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi)" ünvanı üzrə ərazi partiya təşkilatında iclas keçirilib.

 

Manset.az xəbər verir ki, iclasda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, "İnşaatçılar pr.98 (“XXI əsr” Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi)" ünvanı üzrə ərazi partiya təşkilatının sədri Arif Qaraşov, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə Şurasının sədri, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın sədri Fərhad Qaraşov, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi üzrə partiya fəalları iştirak edib.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ilk öncə 7 fevral 2024-cü ildə keçirilən prezident seçkilərində xalqımızın etimadını növbəti dəfə qazanan cənab İlham Əliyevin 92,12% səs toplamaqla möhtəşəm qələbəsi münasibəti ilə hər kəsi təbrik edib. Qeyd olunub ki, seçkilərdə 15 saylı Yasamal birinci seçki dairəsi üzrə 86.80%, 16 saylı Yasamal İkinci seçki dairəsi üzrə 77.05%, 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə 89,22%, 22 saylı Nəsimi-Yasamal seçki dairəsi üzrə isə 77,94% seçici aktivliyi olmuşdur. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası öz yaranışı ilə Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni bir keyfiyyət halı gətirdi. Müstəqilliyin ilk illərinin ictimai-siyasi proseslərinə, ümumi mənzərəsinə nəzər saldıqda görürük ki, Azərbaycan xalqı və dövləti üçün taleyüklü məsələlərin həlli məhz lider amili, onun qətiyyəti və uğurlu siyasəti, xalq-lider birliyi sayəsində mümkün olmuşdur. YAP-nın siyasi zərurətdən və ictimai tələb əsasında yaranmış partiya olduğunu bildirən Bəxtiyar Nəbiyev vurğulayıb ki, bu gün Prezident, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz müasir, möhtəşəm tarixini yaşayır. Ulu Öndər Heydər Əliyevin siyasi yolunu 2003-cü ildən sonra layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin ötən 20 ildəki əzmkar fəaliyyəti Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, YAP-ın cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirdi. Öz sıralarında Azərbaycan cəmiyyətinin demək olar ki, bütün təbəqələrindən olan, sağlam düşüncəli və möhkəm əqidəli insanları birləşdirən Yeni Azərbaycan Partiyasının fəaliyyətinin səmərəliliyini təmin edən mühüm strateji amillərdən biri partiyanın mütəmadi olaraq struktur və təşkilati nöqteyi-nəzərdən yenilənməsi, islahatlar çərçivəsində təkmilləşməsidir. Əldə olunan Zəfərlər bu gün Azərbaycanı dünyada ən nüfuzlu ölkələrdən birinə çevirmişdir. Ölkəmizin ictimai siyasi həyatında Yeni Azərbaycan Partiyası hər zaman aparıcı mövqedə olub. YAP Yasamal rayon təşkilatı, eləcə də ərazi partiya təşkilatları da hər zaman rayonun və Partiyanın ictimai-siyasi həyatında əvəzolunmaz rol oynayıb.

İclasın sonunda Partiyanın ictimai-siyasi həyatında səmərli fəaliyyətə görə bi qrup partiya üzvünə fəxri fərmalar təqdim edilib.

İclasın sonunda xatirə şəkli çəkdirilib.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az