"Azərbaycan-NATO tərəfdaşlığının uzun tarixi var" - Prezident

23:47 - 17 Mart 2024

\"Azərbaycan-NATO tərəfdaşlığının uzun tarixi var\" - Prezident

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var.

 

Manset.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə mətbuata bəyanatında bildirib.

Azərbaycanın Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etdiyini xatırladan dövlətimizin başçısı bildirib: “Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci ilin axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az