Bakının daha bir küçəsində təmir işləri aparılır - VİDEO/FOTO

15:35 - 09 İyul 2024

Bakının daha bir küçəsində təmir işləri aparılır - VİDEO/FOTO

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə hazırda təmir işləri Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində aparılır. 
 

Manset.az xəbər verir ki, uzunluğu 1510 metr olan sözügedən küçədə hazırda frezlənmə işləri yerinə yetirilir.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az