Ceyhun Bayramovla Mirzoyan arasında Vaşinqtonda görüş olacaqmı? - Ermənistan XİN açıqladı

19:42 - 09 İyul 2024

Ceyhun Bayramovla Mirzoyan arasında Vaşinqtonda görüş olacaqmı? - Ermənistan XİN açıqladı

Ermənistan Xarici İşlər Nazirliyi Vaşinqtonda NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüşün keçirilməsi ilə bağlı razılığın olmadığını açıqlayıb.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-də işgüzar səfərdədir. Səfər çərçivəsində nazirin Vaşinqtonda keçiriləcək NATO sammitində iştirakı, eləcə də bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az