SON DƏQİQƏ: Həsən İsmayılov maliyyə naziri təyin edildi - SƏRƏNCAM

12:05 - 16 İyul 2024

SON DƏQİQƏ: Həsən İsmayılov maliyyə naziri təyin edildi - SƏRƏNCAM

Həsən İsmayılov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri təyin edilib.


Manset.az Apa-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 16 iyul 2024-cü il tarixli Sərəncama əsasən Həsən Bayram oğlu İsmayılov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri təyin edilib.

Qeyd edək ki, Həsən İsmayılov 27 may 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini təyin edilib.

O, 10 yanvar 2023-cü il tarixdən isə nazir vəzifələrini müvəqqəti icra edirdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az