Sumqayıt Tibb Mərkəzində ilk 6 ay ərzində xidmət sayı artdı

11:23 - 17 İyul 2024

Sumqayıt Tibb Mərkəzində ilk 6 ay ərzində xidmət sayı artdı

Sumqayıt Tibb Mərkəzi (STM) 2024-cü ilin ilk 6 ayının statistik göstəricilərini açıqlayıb. 

 

Mərkəzdən Manset.az-a verilən məlumata görə, STM-nin tabeli müəssisələrində bu ilin ilk 6 ayı ərzində 2 597 678 xidmət göstərilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 % çoxdur. 

Sözügedən müddət ərzində ümumilikdə 12 121 icra edilib. Bu isə günlük orta hesabla 77 əməliyyat deməkdir. 

Radioloji xidmətlərə (MRT, KT, USM, rentgen) gəldikdə yanvar-iyun aylarında 158 849 sayda xidmət həyata keçirilib.

STM-nin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzin Neonatal reanimasiya və intensiv terapiya bölməsində 748 yenidoğulmuşa xidmət göstərilib, onlardan 187-si regionlardan təxliyə olunub.

Doğum şöbələrində isə eyni dövr ərzində 1 374 körpə dünyaya gəlib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az