Məşhur aktyorun vatsapını oğurladı - Dostundan 80 min istədi (FOTO)

15:24 - 27 Avqust 2024

Məşhur aktyorun vatsapını oğurladı - Dostundan 80 min istədi (FOTO)

“Kızılcık şerbeti”nin Abdullahı, aktyor Ahmet Mümtaz Taylana qarşı dələduzluq edilib.

 

Manset.az xəbər verir ki, vatsap hesabı 2023-cü ilin noyabrında ələ keçirilən aktyorun adından pul istənilib.

Bildirilir ki, dələduz bir müddət öncə özünü Taylan kimi təqdim edərək onun Cüneyt Dalqakıran adlı yaxın dostundan 80 min TL (4000 AZN) pul istəyib.

Həmin şəxsin hesabına pul göndərən Dalqakıran vəziyyətdən şübhələnib və A.Taylana zəng edərək həqiqəti öyrənib.

Dərhal prokurorluğa müraciət edən C.Dalqakıranın şikayəti əsasında şübhəli İbrahim D. saxlanılıb. Onun barəsində 10 il həbs cəzası tələbi ilə məhkəməyə müraciət edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az