UEFA-dan "Qalatasaray"a ŞOK CƏZA

13:11 - 10 Noyabr 2021

UEFA-dan \"Qalatasaray\"a ŞOK CƏZA

UEFA "Qalatasaray"ı Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Marsel"lə oyundakı (0:0) iğtişaşlar səbəbindən cəzalandırıb.

 

Manset.az xəbər verir ki, bu barədə qurumunn rəsmi saytı məlumat yayıb. İstanbul təmsilçisi turnirin növbəti 2 oyununda bilet satışı edə bilməyəcək və meydana azarkeşlərin iştirakı olmadan çıxacaq.

"Sarı-qırmızılar" həmçinin 50 min avro məbləğində cərimələnib. Bundan əlavə, klub stadiona dəymiş ziyana görə "Marsel"ə 8 000 avro ödəyəcək.

Qeyd edək ki, sözügedən görüş iğtişaşlar səbəbindən 37-ci dəqiqədə dayandırılıb. Hər iki komandanın tərəfdarları müxtəlif pirotexniki vasitələrdən istifadə edərək, bir-birilərinə məşəl atmağa başlayıblar. Polis müdaxilə edərək fanatları dağıtmaq məqsədi ilə gözyaşardıcı qazdan istifadə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az