Vəzifəyə gətirilən şəxs Zakir Qaralovun qohumu imiş
Kliniki Tibbi Mərkəzdə vəzifəyə təyin olunan Fərid Qaralov sabiq məmurun qohumudur.
Manset.az xəbər verir ki, F.Qaralov sabiq baş prokuror Zakir Qaralovun qardaşı oğludur.
Qeyd edək ki, tibb üzrə fəlsəfə doktoru, uzman-neyrocərrah Fərid Qaralov KTM-də Neyrocərrahiyyə şöbəsinin müdiri təyin olunub.