“İyunun 2-də paytaxtımızda start götürmüş Bakı Enerji Həftəsi çoxdandır təkcə regional anlamda deyil, eləcə də qlobal miqyasda enerji sahəsində ən önəmli beynəlxalq platformalardan biri hesab olunur”.
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, qeyd edib ki, tədbir çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi - “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimi keçirilib. “Mərasimdə çıxış edən Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, “Bakı Enerji Həftəsi” öz zəngin ənənəsinə və innovasiyaya açıqlıq prinsipinə sadiq qalaraq beynəlxalq dialoqun dərinləşməsinə, yeni tərəfdaşlıqlar qurulmasına və faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verəcək. Dövlət başçımızın çıxışında qeyd olunduğu kimi, “Bakı Enerji Həftəsi” Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş “Caspian Oil & Gas” sərgisinin məntiqi davamı kimi formalaşıb və bu gün artıq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilib.”
Deputat fikirlərini davam etdirərək ölkəmizin yaşıl enerji gündəliyi ilə bağlı cənab Prezident İlham Əliyevin çıxışında yer almış açıqlamaların əhəmiyyətini vurğulayıb: “Cənab Prezident öz çıxışında bir daha xatırlatdı ki, uğurlu strateji yanaşmalar enerji sektorunda Azərbaycanın davamlı inkişafı üçün yeni imkanlar yaradır. Bu kontekstdən yanaşdıqda, təbii ki, ölkənin işğaldan azad olunmuş ərazilərinin “yaşıl enerji” zonası kimi inkişaf etdirilməsinin də dayanıqlı enerji strategiyasının əsas istiqaməti olduğunu görmək olar. Təsadüfi deyil ki, enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf bu gün ölkəmizin əsas prioritetləri kimi müəyyən edilib. Bu gün Avropanın enerji təhlükəsizliyində ən önəmli və aparıcı rolu hələ də məhz təbii qaz təchizatı oynayır. Buna görə də Azərbaycanın bu qitədə enerji daşıyıcıları sahəsində fəaliyyətini genişləndirməsi həm ölkəmiz, həm də tərəfdaşlarımız üçün zəruridir. Əbəs yerə deyil ki, hazırda enerji təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan qazına ehtiyacı olan bir sıra dövlətlərlə də fəal danışıqlar aparılır. Buna baxmayaraq, ölkəmizin yaşıl enerji gündəliyi də kifayət qədər genişdir. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyur və bu da dövlətimizin məsuliyyətini nümayiş etdirir”.
“Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir” - Kamaləddin Qafarov
10:56 - 06 İyun 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
01 Noyabr 2026 - 12:43
"APA Group" un əməkdaşına xəsarət yetirən mühafizəçi saxlanıldı
01 Noyabr 2026 - 16:16
Müdafiə Nazirliyi həftəlik icmalını yaydı - VİDEO
01 Noyabr 2026 - 21:50
Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - VİDEO
01 Noyabr 2026 - 12:37
Ayın 2-də yağış yağacaq, qara keçəcək - PROQNOZ
01 Noyabr 2026 - 12:30
Daha bir jurnalist hadisəni işıqlandırarkən döyüldü - VİDEO
01 Noyabr 2026 - 23:20
"Halloween" gecəsi faciə ilə bitdi - İnsanlar güllələndi
01 Noyabr 2026 - 14:30
Azərbaycanlı professor vəfat etdi - FOTO
01 Noyabr 2026 - 15:17
"Bu gün APA TV əməkdaşına, sabah hər birimizə hücum edilə bilər!” - Əli Vəliyev
01 Noyabr 2026 - 19:16
"APA TV müxbirinə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir" - Mətbuat Şurasının sədri
01 Noyabr 2026 - 13:10
Bakıda şadlıq sarayında qadınlar qidadan zəhərləndi
01 Noyabr 2026 - 19:54
Ağstafada maşın 2 yeniyetmə qızı vurdu
01 Noyabr 2026 - 16:35
"Ukrayna Krım da daxil olmaqla, öz torpaqlarından imtina etməyəcək"
Xəbər xətti
- 02 Noyabr 2026
- 11:25 "Sabah"ı Norveçdə 200-dək azarkeş dəstəkləyəcək
- 11:18 Pensiya alanların DİQQƏTİNƏ - Gələn il artımlar belə hesablancaq
- 11:11 Müəllim vakansiyaları üzrə işə qəbul elan edildi
- 11:02 “Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi” - Deputat
- 10:54 İşsiz qalanların kreditləri bağlana bilər - Yeni mexanizm hazırlanır
- 10:52 Bu istiqamətdə əlavə qatar reysləri olacaq
- 10:43 Oğuzda 61 yaşlı kişinin meşədə yanmış meyiti tapıldı
- 10:38 Beyləqanda ustanı elektrik cərəyanı vuraraq öldürdü
- 10:32 25 gün meteor yağışı olacaq
- 10:23 Azərbaycan sərhədçilərinə atəş açan şəxs zərərsizləşdirildi - FOTO
- 10:13 Ötən həftə 143 yanğın olub - VİDEO
- 10:00 "Kəmalə-Nərmin" restoranından ŞİKAYƏT - VİDEO
- 09:44 “Brent” ucuzlaşdı
- 09:38 “Rəqəmsal Media Ayı” keçiriləcək
- 09:30 Nazirlər Milli Məclisə toplaşırlar
- 09:13 Bir ailənin 5 üzvü qəzada xəsarət aldı
- 09:06 Bakının bəzi ərazilərində işıq olmayacaq
- 08:56 Bakının bəzi yollarında sıxlıq var - SİYAHI
- 08:30 2 yaşlı uşağın bağçada döyüldüyü iddia edilir - VİDEO
- 08:00 Doğum gününüz haqqınızda nə deyir
- 01:00 "Arsenal" səfərdə "Liverpul"a qalib gəldi
- 01 Noyabr 2026
- 23:55 Bələdiyyə binasında müəmmalı ölüm: Mühasibin meyiti aşkarlandı - Təfərrüat
- 23:45 Makqreqor karyerasını başa vurur
- 23:32 Şəhid Əli Heydərovun atası vəfat etdi
- 23:20 "Halloween" gecəsi faciə ilə bitdi - İnsanlar güllələndi
- 23:10 Erməni hərbçi güllə yarasından öldü
- 23:00 SEPAH casusun saxlanıldığını açıqladı
- 22:45 Mehriban Əliyeva ailə üzvləri ilə tamaşa izlədi - FOTOLAR
- 22:35 Goranboyda maşın piyadanı vuraraq öldürdü
- 22:25 "Real" La Liqanın XI turunda səfərdə "Rasinq"i darmadağın etdi
- 22:16 Məşhur rejissor özünü təsadüfən güllələdi
- 22:05 Rusiya Ermənistan mediasının iddialarını təkzib etdi
- 21:50 Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - VİDEO
- 21:40 İranda COVID-19 yenidən yayılır- Ölənlər var
- 21:28 Üçüncü dəfə prezident olmaq istəyir
- 21:15 Dallasda atışma - 4 nəfər öldü, 15 nəfər yaralandı
- 20:54 Cüdoçumuz qızıl medal qazandı
- 20:36 “Qalatasaray”da daha bir ayrılıq - O da istefa verdi
- 20:16 Əliyevalar “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimat mərasimində - FOTOLAR
- 19:54 Ağstafada maşın 2 yeniyetmə qızı vurdu
- 19:34 "Kəpəz" növbəti qələbəsini qazandı
- 19:16 "APA TV müxbirinə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir" - Mətbuat Şurasının sədri
- 18:53 Fransada toqquşmalarda 159 polis, 60 aksiya iştirakçısı xəsarət alıb
- 18:33 Türkiyədə narkotik əməliyyatı - 40 nəfər saxlanıldı
- 18:12 Bərdədə evdən meyiti tapılan yeniyetmənin FOTOSU
- 17:54 Tayvan sahillərində güclü zəlzələ oldu
- 17:33 İranda COVID-19-a yoluxma artır
- 17:16 “Neftçi” qələbə qazandı
- 16:51 Antalya Belek tələbələrindən böyük uğur - "GastroAntalya"da 6 medal
- 16:35 "Ukrayna Krım da daxil olmaqla, öz torpaqlarından imtina etməyəcək"
- 16:16 Müdafiə Nazirliyi həftəlik icmalını yaydı - VİDEO