“Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanın dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşılaşdığı bir məqamda xilaskarlıq missiyasını öz üzərinə götürməklə, öz xalqı və ölkəsi qarşısında ən böyük xidmətlərindən birini göstərmişdir. Müstəqilliyimizin ilk iki ili ərzində respublikada sürətlə davam edən mürtəce, dağıdıcı proseslər 1993-cü ilin may-iyun aylarında ölkəni vətəndaş müharibəsinin başlanması ərəfəsinə gətirmiş və müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdu.”
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, belə bir mürəkkəb dövrdə Azərbaycan xalqı dövlətin və millətin başı üzərini almış ölümcül təhlükələrdən yeganə xilas yolunun yalnız Ulu Öndərin ölkəyə rəhbərliyi öz üzərinə götürməsində olduğunu zamanında görərək, Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü. “Bundan sonra ölkənin o dövrkü rəhbərliyi Ulu Öndəri Bakıya dəvət etməyə məcbur oldu. Beləliklə, 1993-cü il iyunun 15-də Milli Məclisdə Heydər Əliyev parlamentin sədri seçildi. Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan qədirbilən xalqımız Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışını Milli Qurtuluş günü kimi qeyd edir. Ölkənin, xalqın, Azərbaycan dövlətçiliyinin taleyinin həll olunduğu ağır bir zamanda xalqın çağırışına səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürdü və bu yolda misilsiz fədakarlıq nümayiş etdirərək, ölkəmizi ictimai-siyasi xaos və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi.”
K.Qafarov Ümummilli Liderimizin dövlət quruculuğu işinin ən mühüm istiqamətlərində böyük uzaqgörənliklə atdığı məqsədyönlü və zəruri addımların ölkəmizin bugünkü inkişaf səviyyəsinə çıxması baxımından müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb, eyni zamanda da, bu gün ölkəmizin əldə etdiyi parlaq qələbələrin əsasında məhz Heydər Əliyev ideyalarının durduğunu diqqət mərkəzinə çəkib: “Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında olan sonsuz sayda ən önəmli xidmətləri sırasında qüdrətli Ordu quruculuğu sahəsində görülən işlər xüsusi yer tutur. Heydər Əliyev bu sahənin müstəsna əhəmiyyətini hələ sovet dönəmində düzgün qiymətləndirərək, o dövrdə respublikada hakimiyyətə gəlişindən dərhal sonra hərbi kadrların hazırlanması istiqamətində xüsusi səylər göstərməyə başladı. Qeyd olunmalıdır ki, müstəqilliyin ilk illərində mövcud olan, ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr 1993-cü ildən sonra Ali Baş Komandan cənab Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edilmiş, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülmüş, orduda kütləvi fərarilik hallarına son qoyulmuş, hərbi intizam möhkəmləndirilmişdir. Məhz Ulu Öndərimizin əsasını qoyduğu qüdrətli Azərbaycan Ordusu 2020-ci ildə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbə qazanaraq 30 illik işğala son qoydu. 2023-cü ilin sentyabr ayında isə cəmi bir gün davam edən antiterror əməliyyatı nəticəsində ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bu il artıq ikinci dəfə olaraq Azərbaycan xalqı Milli Qurtuluş Gününü ölkəmizin istisnasız bütün ərazisində böyük təntənə ilə qeyd edəcək. Bu, Azərbaycanda olan xalq-iqtidar birliyinin ən böyük təntənəsi, Heydər Əliyev siyasi irsinin ölməzliyinin bariz nümayişidir” .
“Azərbaycanın uğurları Heydər Əliyev siyasi irsinin təntənəsidir”
15:09 - 13 İyun 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
14 Sentyabr 2026 - 17:51
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
DTX-nin saxladığı "Çevik" ləqəbli Məqsəd Bağırov həbs edildi
14 Sentyabr 2026 - 22:16
Azərbaycanda AĞIR QƏZA - Ölən və yaralılar var
14 Sentyabr 2026 - 15:37
Bu müəllimlərin maaşı artacaq - Emin Əmrullayev açıqladı
14 Sentyabr 2026 - 16:50
Xəyalət “ustası”, ulduzu sönmüş Davidin müraciət şousu – Kazımbala, ölkəyə gəl, 9-cu zona ağlayır sənin üçün!
14 Sentyabr 2026 - 19:42
Bakıda yeniyetmənin müəmmalı ölümündə “Roblox” izi - Baş Prokurorluqdan çağırış
14 Sentyabr 2026 - 17:30
"Bəzi ixtisaslarda bakalavr təhsili 3 il olacaq" - Nazir
14 Sentyabr 2026 - 19:06
Azərbaycan və BƏƏ arasında sənədlər imzalandı
14 Sentyabr 2026 - 21:51
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Eşqi Bağırovdan açıqlama
14 Sentyabr 2026 - 19:55
İkardinin yeni klubu bəlli oldu
14 Sentyabr 2026 - 16:21
ADY sərnişin rahatlığı üçün yeni imkanlar tətbiq edir - VİDEO
14 Sentyabr 2026 - 17:38
Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır
Xəbər xətti
- 15 Sentyabr 2026
- 14:59 “Hakan Fidanın bu səfəri xüsusi rəmzi məna daşıyır" - Nazir
- 14:51 Difteriya epidemiyası 44 nəfərin həyatına son qoydu
- 14:47 Sabirabadda uşaq ölü doğuldu
- 14:36 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi
- 14:28 Firudin Qurbanov Bilik Günü tədbirində iştirak etdi - FOTOLAR
- 14:20 “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
- 14:12 Onlara da xüsusi rütbə veriləcək
- 14:06 Bu şəxslərin Azərbaycanda qalma müddətləri qanunla müəyyənləşəcək
- 14:00 Azərbaycandan Ermənistana sülh testi - Qarabağda yeni reallıq, İrəvanda isə köhnə ritorika?
- 13:59 Cəlilabadda fərdi yaşayış evi yandı
- 13:50 Səhər saatlarında avtobuslarla 500 mindən çox sərnişin daşındı
- 13:43 Azərbaycanda güllələnmiş meyit tapıldı
- 13:29 Hava bu tarixdən dəyişir - Yağış yağacaq, şimşək çaxacaq
- 13:18 Bu ölkədə 100 yaşdan yuxarı insanlar 100 mini keçdi
- 13:16 İlham Əliyev Hakan Fidanı qəbul etdi - FOTOLAR
- 13:13 Lənkəranda bərabərlik və ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda təlim başladı - FOTOLAR
- 13:06 Əziz Səncər Prezidentə təşəkkür etdi
- 13:04 Hakan Fidan Bakıdadır - FOTOLAR
- 13:03 Trampdan süni intellektlə bağlı sərt mövqe
- 12:57 ABŞ ilk dəfə açıqladı - Kosmosda silahımız var
- 12:56 Polis relsləri oğurlayan 3 şəxsi hadisə yerində saxladı
- 12:50 Ata qızı ilə birgə kürəkəni öldürmüşdü - Hər ikisinə hökm oxundu
- 12:42 Bayramov-Mirzoyan görüşünün vaxtı və yeri AÇIQLANDI
- 12:36 5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı - Ailədəki 3-cü müəllim də vəfat etdi
- 12:30 “Sabah” “Qarabağ” və “Xəzər Lənkəran”ın rekordunu təkrarladı
- 12:25 Emin Əmrullayev Bilik Gününü bu məktəbdə qeyd etdi - FOTOLAR
- 12:25 İşğaldan azad edilmiş ərazilərdə ilk dəfə Bilik Günü qeyd edilir
- 12:23 Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - FOTOLAR
- 12:20 Marketlərdən oğurluq edən şəxslər saxlanıldılar
- 12:13 Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
- 12:06 Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
- 11:58 Montrödə Azərbaycanın incəsənət nümayəndələrinin iştirakı ilə qala konsert keçirildi - FOTOLAR
- 11:50 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü
- 11:42 Azərbaycanın ixrac etdiyi neft və qaz bahalaşdı
- 11:31 Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlandı
- 11:21 Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
- 11:13 Agentlik sədrinin müşaviri işdən çıxarıldı - FOTO
- 11:04 “Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır” - Hikmət Hacıyev
- 10:56 "Green Card" qaydaları sərtləşdirilir
- 10:48 Mbappe sabiq klubuna təzminat ödəyəcək
- 10:41 Cəlilabad və Masallıda güclü duman müşahidə olunur
- 10:33 “Bakcell”dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
- 10:25 2 nəfər hərbi çağırışdan boyun qaçırdı - Cinayət işi açıldı
- 10:18 Avtoxuliqanlıq edən sürücü həbs edildi
- 10:10 İranda 8 siyasi məhbus qadın edama məhkum edildi - FOTO
- 10:02 Neftimizin qiyməti 127 dolları keçdi
- 09:52 Tramp ABŞ-dəki bahalaşmaya görə Baydeni ittiham etdi
- 09:44 Xankəndidə məktəb həyatı ilə tanış olan əkiz qardaşlar – REPORTAJ
- 09:38 Paytaxtda 7 prospekt və 11 küçədə “Yaşıl dalğa” rejimi tətbiq edilir
- 09:28 İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam edir
- 09:19 Bu gün bir sıra ərazilərdə işıq olmayacaq