Elşən İbrahimovdan Rusiyadan deportasiya edilməsinə REAKSİYA

21:57 - 09 İyul 2025

Elşən İbrahimovdan Rusiyadan deportasiya edilməsinə REAKSİYA

Moskva vilayəti üzrə Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov deportasiya qərarının onun üçün gözlənilməz olduğunu bildirib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, o bunu Bakıya uçmazdan əvvəl deyib.

O, mətbuatın yazdığına görə, Rusiyanın milli təhlükəsizliyinə təhdid yaratması səbəbindən niyə deportasiya edildiyinə dair sualı da cavablandırıb:

"Bilmirəm, həqiqi sözümdür, bilmirəm".

İbrahimov etiraf edib ki, Rusiyanı tərk etmək məcburiyyətində qaldığı üçün bir az qanı qaralıb.

O, gələcək planlarından danışmayıb. Azərbaycan diasporunun rəhbəri "Bunu zaman göstərəcək" deyərək sözlərinə yekun vurub.

KİV-in məlumatına görə, Elşən İbrahimov guya "milli təhlükəsizliyə təhdid yaradan hərəkətlərə yol verdiyinə" görə Rusiya vətəndaşlığından məhrum edilib. Nəşrlərin yazdığına görə, onun vətəndaşlıqdan çıxarılması proseduru iyunun 18-də baş tutub.

***

20:52

Azərbaycan diasporunun Moskvada rəhbəri Elşən İbrahimov ölkədən deportasiya edilir.


Manset.az Report-a istinadla xəbər verir ki, bir neçə gün bundan əvvəl o Rusiya vətəndaşlığından məhrum edilib.

Məlumata əsasən, hazırda E.İbrahimov Moskvanın Şeremetyevo aeroportundadır və “Aeroflot”un gecə reysi ilə Bakıya göndəriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az