ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir

23:33 - 10 İyul 2025

ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.


Manset.az Report-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu gün Əbu-Dabidə keçirilən görüşlə bağlı sualı cavablandırarkən deyib.

"Biz Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üzrə səyləri dəstəkləyirik. Vaşinqton müvafiq KİV-lərin məlumatlarını izləyir. Hazırda xəbər verəcək əlavə məlumatımız yoxdur", - o deyib.

T.Bryus ABŞ-nin hazırkı administrasiyasının mövqeyini də qeyd edib:

"Bildiyiniz kimi, Prezident (Donald-red) Tramp və dövlət katibi Marko Rubionun yanaşması öz sözünü deyir. Amerika liderinin Nazirlər Kabinetinin son iclasındakı bəyanatları bu administrasiyanın sülhə sadiq olduğunu açıq şəkildə göstərdi", - o, fikirlərini yekunlaşdırıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az