"Suriya Azərbaycan üçün əhəmiyyətli tərəfdaşdır" - Deputat

15:02 - 12 İyul 2025

\"Suriya Azərbaycan üçün əhəmiyyətli tərəfdaşdır\" - Deputat

Nəzərə almaq lazımdır ki, Suriya Türkiyə vasitəsilə Azərbaycanla dolayı yolla həmsərhəddir və bu kontekstdə Türkiyə Azərbaycanın, Azərbaycan isə Türkiyənin strateji müttəfiqidir. Belə olan halda Türkiyənin qonşuları ilə münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün də strateji əhəmiyyət daşıyır:


Bunu Manşet.az-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib. 

O bildirib ki, Suriya tarixən Azərbaycanın mədəni arealının bir hissəsi olmuşdur:

"Bu gün Hələb şəhəri haqqında danışarkən, sanki Azərbaycanın tarixi bir bölgəsini xatırlayırıq. Hələb Azərbaycan dili, ədəbiyyatı və xüsusilə Nəsiminin məzarı ilə bizə mədəni və tarixi baxımdan çox yaxındır.

Hazırkı şəraitdə, Suriyanın yeni statusda formalaşacaq iqtisadi quruluşunda, xüsusilə enerji – o cümlədən qaz təchizatı sahəsində – Azərbaycanın iştirak etməsi üçün mühüm imkanlar yaranır. Yaxın Şərqin bu strateji bölgəsində qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması, həm Azərbaycan, həm də region üçün önəmli addımdır".

Deputat qeyd edib ki, bu baxımdan, Suriya prezidentinin Azərbaycana səfəri olduqca mühüm hadisədir:

"Suriya həm Aralıq dənizi ölkəsi, həm də tarixi-mədəni baxımdan bizə yaxın bir dövlət kimi Azərbaycan üçün əhəmiyyətli tərəfdaşdır".

Seyranə Quliyeva 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az