Bakıda iki avtobus toqquşub.
Manset.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən avtobus dayanacağı ərazisində qeydə alınıb.
Məlumata görə, 38 nömrəli marşrut avtobusu ilə 169 nömrəli marşrut avtobusu toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.