“Azərbaycanın xarici siyasətində türkdilli dövlətlərlə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Ölkəmizin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyəti isə xüsusi önəm daşıyır”.
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkilinin fikrincə, Azərbaycan türkdilli dövlətlərlə ikitərəfli və çoxtərəfli formatlarda əlaqələrin inkişafını daim diqqət mərkəzində saxlayır. “Bu baxımdan cənab Prezident İlham Əliyevin avqustun 22-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə Türkmənistana işgüzar səfəri də mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, həmin tarixdə Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin Zirvə Görüşü keçirilib.”
K.Qafarov bildirib ki, Türkmənbaşı Sammitində əldə olunan razılaşmalar və imzalanan sənədlər ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə mühüm töhfə olacaq: “ Azərbaycanın həm Özbəkistan, həm də Türkmənistanla siyasi əlaqələrinin yüksək səviyyədə və möhkəm əsaslar üzərində qurulması Üçtərəfli Zirvə Görüşünün effektivliyini artıran əsas amillərdən biri kimi dəyərləndirilir. Cənab Prezident İlham Əliyevin Sammitin yekunlarına dair mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, hazırda Azərbaycanın həm Özbəkistan, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Cari ilin iyul ayında Türkmənistan Xalq Məsləhətinin sədri dövlət başçımızın dəvəti ilə Azərbaycanda səfərdə olmuşdur. İki gün ərzində aparılan müzakirələr göstərdi ki, bir çox məsələlərdə ölkə rəhbərlərinin mövqeləri üst-üstə düşür. Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviçin burada Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürdüyünü xatırladan cənab Prezident İlham Əliyev bunu türkmən xalqının, Türkmənistan Liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsi, qardaşlığın təcəssümü kimi qiymətləndirdi. Cənab Prezident əmin olduğunu bildirdi ki, Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcək. Əlbəttə ki, Sammitin gedişində əldə olunmuş razılaşmaların nəticələri olaraq Azərbaycan və Türkmənistan arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqında Anlaşma Memorandumu, Füzuli şəhəri ilə Türkmənistanın Arxadağ şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol və Azərbaycan, Türkmənistan və Özbəkistan arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu kimi mühüm sənədlərin imzalanması da üç qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə böyük töhfə olacaq.”
K.Qafarov Özbəkistanla dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq deyib: “Cənab Prezident İlham Əliyevin bəyanatında Azərbaycan-Özbəkistan əlaqələrinin səmimi dostluq münasibətləri üzərində qurulduğu xüsusi qeyd olundu. Dövlətimizin başçısı bu gün Xankəndidə Özbəkistanın inşa etdiyi böyük tikiş fabrikinin fəaliyyət göstərdiyini xatırlatdı. Qeyd olundu ki, bu, Azərbaycana- dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir. Özbəkistanın ilk qardaşlıq hədiyyəsi isə, Füzulidə dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin inşası olmuşdur. Əminliklə demək olar ki, Azərbaycan-Türkmənistan-Özbəkistan əlaqələri bundan sonra da səmimi dostluq və qardaşlıq münasibətləri əsasında inkişafda olacaq və hər üç ölkənin xalqlarının rifahına xidmət edəcəkdir”.
“Azərbaycan, Türkmənistan və Özbəkistan üçtərəfli tərəfdaşlıq mərhələsinə keçir”
14:26 - 25 Avqust 2025
Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər
01 Noyabr 2025 - 20:32
İsrail səfirindən Qarabağ paylaşımı
01 Noyabr 2025 - 19:22
Ermənistanın viza möhürlərindən Ağrı dağının təsviri çıxarıldı
01 Noyabr 2025 - 17:23
Hikmət Hacıyev Zəngəzur dəhlizindən foto PAYLAŞDI
01 Noyabr 2025 - 16:57
Sahibə Qafarova Misirdədir - FOTO
01 Noyabr 2025 - 13:51
Allahşükür Paşazadə Roma Papası ilə görüşdü - FOTOLAR
01 Noyabr 2025 - 13:28
Vilayət Eyvazov Kürdəmirdə sıra baxışı keçirdi - VİDEO/FOTO
01 Noyabr 2025 - 11:15
İlham Əliyev həmkarını təbrik etdi
01 Noyabr 2025 - 09:03
Hikmət Hacıyevdən diplomatların səfəri ilə bağlı PAYLAŞIM
31 Oktyabr 2025 - 23:37
Azərbaycanla Britaniya arasında konsulluq məsləhətləşmələri keçirildi
31 Oktyabr 2025 - 22:38
Slovakiya səfiri Azərbaycana təşəkkür etdi
31 Oktyabr 2025 - 20:28
Ərdoğanın Bakıda Zəfər paradında iştirakı nəzərdə tutulur
31 Oktyabr 2025 - 19:49
Türkiyəli nazir müavini Azərbaycanda səfərdədir
Xəbər xətti
- 01 Noyabr 2025
- 20:58 Sabah Nilüfərin konsertidir - Biletlər bitdi
- 20:48 Bakıda küçə itinə yemək verən qadın DÖYÜLDÜ
- 20:32 İsrail səfirindən Qarabağ paylaşımı
- 20:14 Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq
- 19:54 Son bir ildə Türkiyədən Suriyaya qayıdanların SAYI
- 19:38 "Neftçi" qələbə qazandı - Abubakar yenə qol vurdu
- 19:22 Ermənistanın viza möhürlərindən Ağrı dağının təsviri çıxarıldı
- 18:56 SON DƏQİQƏ! Azərbaycanda zəlzələ oldu
- 18:49 Vyetnamda daşqınlar 28 can aldı
- 18:37 Moskvada miqrantlar üçün patent haqqı artdı
- 18:19 Ramiz Mehdiyevin "qara kassası" üzə çıxdı - Qaynından iş adamına qarşı AĞIR İTTİHAMLAR
- 17:54 İran-İraq sərhədində güclü zəlzələ oldu
- 17:41 Evdən gənc oğlanın meyiti tapıldı - Tovuzda DƏHŞƏT
- 17:23 Hikmət Hacıyev Zəngəzur dəhlizindən foto PAYLAŞDI
- 17:14 Azərbaycanda nazir və daha bir yüksək vəzifəli şəxs işdən çıxarılacaq
- 16:57 Sahibə Qafarova Misirdədir - FOTO
- 16:44 Naxçıvanda polis əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO
- 16:31 "Zirə" "Karvan-Yevlax"a qalib gəldi
- 16:11 Türkiyədə Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən kurs başa çatdı - FOTO
- 15:51 Qırğızıstanda məktəbdə 58 nəfər zəhərləndi
- 15:38 Bəhram Bağırzadədən izləyicilərinə xəbərdarlıq
- 15:21 Vəkillər Kollegiyasının sədr müavini beynəlxalq konfransda çıxış etdi - FOTOLAR
- 14:59 ABŞ-də partlayış - Yaralılar var
- 14:42 Tbilisidə son beş gündə 29 etirazçı saxlanılıb
- 14:28 Amil Yusifov Qazaxıstanın “Hörmət” ordeni ilə təltif edildi - FOTO
- 14:09 Bakı metrosunda YENİLİK
- 14:00 Rusiya Ukraynanı “İsgəndər” raketi ilə vurdu
- 13:51 Allahşükür Paşazadə Roma Papası ilə görüşdü - FOTOLAR
- 13:38 Putindən İradə Zeynalova ilə bağlı FƏRMAN
- 13:31 Meyitdən ürək köçürülən 21 yaşlı oğlanın atası DANIŞDI
- 13:28 Vilayət Eyvazov Kürdəmirdə sıra baxışı keçirdi - VİDEO/FOTO
- 13:17 Bazar günün HAVASI
- 13:01 Türkiyənin tanınmış aktyoru vəfat etdi - FOTO
- 12:50 Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
- 12:36 Azərbaycanda bu şəxslər üçün 10 milyon manatdan çox pul ayrılacaq
- 12:20 Noyabrda 12 gün iş olmayacaq
- 11:59 Verilişin adından 100 manatlıq saxtakarlıq - VİDEO
- 11:45 Bakıda hərbi parada hazırlıq başlayıb - VİDEO
- 11:38 Sərhəddə 8,2 milyon manatlıq qaçaqmal əməliyyatı
- 11:23 “Çelsi”dən “Qarabağ”a BİLDİRİŞ
- 11:15 İlham Əliyev həmkarını təbrik etdi
- 10:58 "TikTok"da dələduzluq edən şəxs saxlanıldı
- 10:39 Ramiz Mehdiyevin həyat yoldaşı işdən çıxarıldı – YENİ TƏYİNAT
- 10:17 “Karvan-Yevlax” “Zirə”yə - “Neftçi” “Kəpəz”ə qarşı
- 10:08 Dünya bazarlarında neftin QİYMƏTİ
- 09:55 Həftəsonu yollarda diqqətli olun - DYP-dən ÇAĞIRIŞ
- 09:41 Azərbaycanda futbolçu İNTİHAR ETDİ - FOTO
- 09:35 Kişi sevgilisini "TikTok"a görə döydü - Məhkəməlik oldular
- 09:11 "Dedi ki, kişilərlə danışırsan..." - Xaçmazdakı qətlin TƏFƏRRÜATI
- 09:03 Hikmət Hacıyevdən diplomatların səfəri ilə bağlı PAYLAŞIM
- 08:30 Yalanı tərgitmək üçün nə etmək lazımdır?