Xankəndidə qondarma rejimin "xarici işlər nazirliyinin" binası sökülür.
Manset.az xəbər verir ki, bununla bağlı görüntüləri AzTV yayıb.
Qeyd edək ki, binanın heç bir tarixi əhəmiyyəti yoxdur. Həmin tikili erməni separatçıları tərəfindən "xarici işlər nazirliyinin" binası kimi istifadə edilirdi.
Binanın söküntü işlərinə məhz bu gün başlanılması Azərbaycan üçün rəmzi məna daşıyır. Çünki məhz sentyabrın 2-si Azərbaycanın işğal olunmuş tarixi ərazilərində qondarma rejimin elan olunmasının "ildönümü" kimi qeyd edilirdi.
Söküntü görüntülərini təqdim edirik: