İsrail ordusu (IDF) HƏMAS-la atəşkəs razılaşması çərçivəsində Qəzza zolağından qoşunların qismən çıxarılmasına hazırlıqların başlandığını elan edib.
Manset.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq və mövcud vəziyyətin qiymətləndirilməsi əsasında razılaşmanın həyata keçirilməsi üçün hazırlıqlara başlanılıb", - məlumatda bildirilib.