Zakir Həsənov Pakistana başsağlığı verdi

13:08 - 09 Oktyabr 2025

Zakir Həsənov Pakistana başsağlığı verdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzaya başsağlığı ünvanlayıb.


Manset.az xəbər verir ki, başsağlığında deyilir:

“Pakistanın Əfqanıstanla sərhədində yerləşən Hayber-Paxtunxva əyalətinin Orakzay rayonunun ərazisində xaincəsinə törədilmiş terror aktı nəticəsində qardaş Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun şəhid olması barədə xəbər məni hədsiz kədərləndirdi.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbir diləyirik.

Allah rəhmət eləsin”.

Qeyd edək ki, Pakistanın Əfqanıstanla sərhədində yerləşən Hayber-Paxtunxva əyalətinin Orakzay rayonu ərazisində törədilmiş terror aktı nəticəsində 11 hərbçi öldürülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az