Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü AZAL-a məxsus təyyarənin qəzaya uğramasına dair vəziyyətin müzakirə edilməsi ilə başlamağı təklif edib.
Manset.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Bildirilib ki, Putin faciənin Rusiya səması üzərində baş verdiyinə görə üzr istədiyini xatırladıb: “Rusiya lideri, həmçinin qəzada həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib”.
Onun sözlərinə görə, Rusiya təyyarənin qəzaya uğraması ilə bağlı istintaqa dəstəyini göstərir.
Rusiya lideri qeyd edib ki, AZAL təyyarəsinin qəzaya uğramasının səbəbi Ukraynaya məxsus 3 PUA-nın səmada olması və Rusiya sərhədini keçməsi olub.
Putin həmçinin qeyd edib ki, Rusiya qəza ilə əlaqədar bu cür faciəvi hallarda təzminat ödənilməsinə dair tələb olunan hər şeyi edəcək.
Xatırladaq ki, Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan və Rusiya prezidentləri arasında görüş keçirilir.