"Azərbaycan regional sülh gündəmində arzuolunan tərəfdaşdır” - Hikmət Hacıyev

15:47 - 13 Oktyabr 2025

\"Azərbaycan regional sülh gündəmində arzuolunan tərəfdaşdır” - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şarm əl-Şeyxdə keçirilən Sülh Sammiti ilə bağlı paylaşım edib.


Manset.az xəbər verir ki, o, öz "X" hesabında müvafiq görüntüləri paylaşıb.

"Prezident İlham Əliyev Şarm əl-Şeyxdə Yaxın Şərq Sülh Sammitində iştirak edir. Bu hadisə Azərbaycanın regionda artan rolunu və orta səviyyəli dövlət kimi qlobal xarici siyasətini əks etdirir. Azərbaycan Yaxın Şərqdə regional sülh gündəmində olan bütün tərəflər üçün arzuolunan tərəfdaşdır", - deyə Hikmət Hacıyev bildirib.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şarm əl-Şeyxdə keçirilən Sülh Sammiti ilə bağlı paylaşım edib. Oxu.Az-ın xəbərinə görə, o, öz "X" hesabında müvafiq görüntüləri paylaşıb. "Prezident İlham Əliyev Şarm əl-Şeyxdə Yaxın Şərq Sülh Sammitində iştirak edir. Bu hadisə Azərbaycanın regionda artan rolunu və orta səviyyəli dövlət kimi qlobal xarici siyasətini əks etdirir. Azərbaycan Yaxın Şərqdə regional sülh gündəmində olan bütün tərəflər üçün arzuolunan tərəfdaşdır", - deyə Hikmət Hacıyev bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az