ATƏT-in Minsk Qrupunun ləğvi prosesi 2025-ci ilin dekabrına kimi kulminasiya nöqtəsinə çatacaq.
Manset.az xəbər verir ki, bu barədə ATƏT-in hazırkı sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında çıxışı zamanı məlumat verib.
Elina Valtonen Azərbaycan və Ermənistanın iki ölkə arasında fikir ayrılıqlarının nizamlanması ilə məşğul olan bu mexanizmin ləğvinə dair birgə qərarını alqışlayıb.
O, həmçinin Ermənistan və Azərbaycanın qrupun fəaliyyətinə xitam verilməsi ilə bağlı birgə müraciətini bəyəndiyini də ifadə edib və prosesin müəyyən olunmuş müddət ərzində tam başa çatdırılacağına ümid etdiyini bildirib.