Prezident bu qanunu təsdiqlədi

16:27 - 14 Oktyabr 2025

Prezident bu qanunu təsdiqlədi

Prezident İlham Əliyev Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (ÜTİK-25) keçirilməsi, təşkili və maliyyələşdirilməsi ilə bağlı sazişin təsdiq edilməsi haqqında qanunu imzalayıb.


Manset.az xatırladır ki, bununla bağlı sənəd bu il iyunun 25-də Cenevrə şəhərində və iyulun 11-də Bakı şəhərində imzalanıb.

Sənəddə Azərbaycan hökumətini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi təmsil edib.

Xatırladaq ki, Beynəlxalq Telekommunikasiya İttifaqının tarixində ilk dəfə olaraq Azərbaycanda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı noyabrın 17-dən 28-nə qədər baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az