Ramil Həsənin deputatlığına xitam verildi

16:23 - 15 Oktyabr 2025

Ramil Həsənin deputatlığına xitam verildi

Mərkəzi Seçki Komissiyasında (MSK) Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.


Manset.az xəbər verir ki, iclasda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi seçilməsi ilə əlaqədar R.Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi haqqında qərar qəbul edilib.

***

16:07

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilməsinə baxılacaq.


Manset.az xəbər verir ki, sözügedən məsələ MSK-nın bugünkü iclasının gündəliyinə daxil edilib.

Xatırladaq ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında TÜRKPA Baş katibi seçilib.

O, oktyabrın 15-dən etibarən vəzifəsinin icrasına başlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az