Ceyhun Bayramov Omana getdi - Səfirlik açılacaq

18:41 - 28 Oktyabr 2025

Ceyhun Bayramov Omana getdi - Səfirlik açılacaq

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığına rəsmi səfərə yola düşüb.


Bu barədə Manset.az-a XİN-dən məlumat verilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun 29 oktyabr tarixində Oman Sultanlığının xarici işlər naziri Bədr ibn Həməd ibn Hammud Əl Busəidi və digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi, habelə ölkəmizin Omandakı Səfirliyinin inzibati binasının rəsmi açılış mərasimində iştirakı nəzərdə tutulub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az