Ermənistana buğda aparan qatar artıq Bakıdadır - VİDEO

10:30 - 06 Noyabr 2025

Ermənistana buğda aparan qatar artıq Bakıdadır - VİDEO

Azərbaycandan tranzit keçməklə Ermənistana gedəcək Qazaxıstan taxılı ilə yüklənmiş qatar Bakıya çatıb.


Manset.az Trend-ə istinadən xəbər verir ki, yük qatarı hazırda Bakıda Biləcəri Dəmiryol Stansiyasındadır.

Daha sonra Azərbaycandan tranzit keçməklə buğda yüklü qatar Ermənistana yola salınacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etmişdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az