Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən bir qrup hərbi qulluqçuya ali hərbi rütbələr verilib.
Manset.az Qafqazinfo-ya istinadən rütbəsi artırılan həmin zabitlərin dosyesini təqdim edir:
Ağamir Sultanov:

Vətən Müharibəsi Qəhrəmanıdır. 2016-cı ildə Aprel döyüşləri daha sonra Vətən Müharibəsindəki şücaətlərinə görə müxtəlif orden və medallarla təltif edilib. Hazırda Artilleriya qoşunlarının komandanı vəzifəsində çalışır.
General-leytenant Kənan Seyidov:

Vətən müharibəsi Qəhrəmanıdır. O, Vətən Müharibəsində xüsusilə fərqlənib. Şuşa şəhərinin azad olunmasında iştirak edən qoşunlara rəhbərlik edib. 2022-ci ilin avqust ayında Laçın şəhərinin Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi barədə məruzəni də Prezident İlham Əliyevə general-mayor K.Seyidov edib. Mübaribədən sonra da orden və medallarla da təltif edilib. Hazırda Əlahiddə Ümumqoşun Ordu komandanıdır.
Kontr-admiral Şahin Məmmədov:
1-ci dərəcəli kapitan, hazırda Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanıdır.

General-mayor Ümüdvar Quliyev:

Vətən müharibəsində göstərdiyi şücaətə görə “Qarabağ” Ordeni ilə təltif edilib. Hazırda Heydər Əliyev adına Hərbi İnstitutun direktorudur.
General-mayor Etibar Məhərrəmov:

Vətən müharibəsi iştirakçısıdır. “Azərbaycan Bayrağı” Ordeni, “Vətən uğrunda” və digər medallarla təltif edilib.
Hazırda Əlahiddə Ümumqoşun Ordunun Komandanının birinci müavini – Qərargah rəisidir.
General-mayor Zaur Yusifli:
Vətən müharibəsi iştirakçısıdır. “Vətənə xidmətə görə” Ordeni ilə təltif olunub. Hazırda Hərbi Hava Qüvvələrinin (HHQ) Qərargah rəisidir.
General-mayor Anar Hüseynov:
“İgidliyə görə” medalı ilə təltif edilib. Hazırda HHQ-nin Hava Hücumundan Müdafiə rəisidir.