Paşinyan Qarabağ danışıqlarına dair sənədləri AÇIQLAYACAQ

11:13 - 08 Noyabr 2025

Paşinyan Qarabağ danışıqlarına dair sənədləri AÇIQLAYACAQ

Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri dərc edəcəyini deyib.


Manset.az APA-ya istinadən xəbər verir ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisynanın açıqlamalarına münasibət bildirən Paşinyan danışıqlar tarixçəsinin 2019-cu ili də əhatə edən əsas materiallarını hazırladığını söyləyib: “Hazırda onların hamısının surəti çıxarılır, ilin sonuna qədər aralarına bir neçə publik sənədi əlavə etməklə dərc edəcəyəm”.

    Paşinyan Serj Sarkisyanın prezident olanda yazdığı məktubu dərc edəcəyini də vurğulayıb.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az