Hikmət Hacıyev Elison Hukerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü

16:56 - 19 Noyabr 2025

Hikmət Hacıyev Elison Hukerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Ellison Hukerin başçılıq etdiyi ABŞ nümayəndə heyətini qəbul edib.


Manset.az xəbər verir ki, H.Hacıyev görüşlə əlaqədar "X" sosial şəbəkəsində paylaşım edib.

"ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Ellison Hukerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşməkdən məmnunam. Müzakirələrimiz Ermənistan-Azərbaycan sülh gündəliyinin irəli aparılması və regional əlaqələrin gücləndirilməsi təşəbbüslərinin həyata keçirilməsi də daxil olmaqla, geniş məsələləri əhatə etdi. Biz, həmçinin əsas regional və qlobal hadisələr barədə fikir mübadiləsi apardıq, Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq ruhunu təsdiq etdik", - deyə paylaşımda bildirilir.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az