BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş keçirildi

15:26 - 24 Dekabr 2025

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş keçirildi

Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov  Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanın ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar onunla görüşüb.


Manset.az xəbər verir ki, görüşdə ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq əlaqələri, həmçinin gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. 

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevaya ölkəmizdə səlahiyyət müddəti ərzində səmərəli tərəfdaşlığa və əməkdaşlığa görə təşəkkür bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az