"Azərbaycanın Qəzzadakı sülhməramlı missiyada iştirakından danışmaq hələ tezdir"

21:12 - 24 Dekabr 2025

\"Azərbaycanın Qəzzadakı sülhməramlı missiyada iştirakından danışmaq hələ tezdir\"

Hazırkı mərhələdə Azərbaycanın Qəzzada beynəlxalq sabitləşdirmə missiyasında iştirakından danışmaq hələ tezdir.


Manset.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Nikkei" nəşrinə bildirib.

H.Hacıyev qeyd edib ki, ABŞ Azərbaycana missiyaya qoşulmağı təklif edib, lakin hələ yekun qərar qəbul olunmayıb.

Prezidentin köməkçisi vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi Qəzzadakı missiyanın döyüş əməliyyatlarının aparılması qaydaları, fəaliyyət proseduru və səlahiyyətləri barədə aydın məlumat vermir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az