Ceyhun Bayramovdan İranda olan Azərbaycan vətəndaşları ilə bağlı AÇIQLAMA

10:53 - 20 Yanvar 2026

Ceyhun Bayramovdan İranda olan Azərbaycan vətəndaşları ilə bağlı AÇIQLAMA

"Hazırda İranda olan Azərbaycan vətəndaşlarının vəziyyətinin diqqət mərkəzində saxlanılması istiqamətində Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş konsulluğu mütəmadi şəkildə fəaliyyət göstərir və bu fəaliyyət bir saat belə dayandırılmayıb".


Manset.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov söyləyib.

O bildirib ki, İranda olan vətəndaşlarımız hər hansı çətinliklə üzləşdikləri təqdirdə, rəsmi şəkildə açıqlanmış əlaqə nömrələri vasitəsilə diplomatik nümayəndəliklərimizlə əlaqə saxlaya bilərlər. Hazırda vəziyyət sabitdir, ciddi problem müşahidə olunmur və Baş konsulluğumuz tam fəaliyyətdədir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az