Azərbaycan və İsrail prezidentləri görüşdü - FOTO

13:15 - 21 Yanvar 2026

Azərbaycan və İsrail prezidentləri görüşdü - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda İsrailin Prezidenti İsxak Hersoqla görüşüb.


Manset.az xəbər verir ki, söhbət zamanı İsxak Hersoqun Azərbaycana səfərləri və dövlət başçısı ilə görüşləri məmnunluqla xatırlanıb.

Azərbaycan-İsrail münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı vurğulanıb.

İqtisadi, ticari, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib.

Azərbaycan və İsrail prezidentləri əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az