İlham Əliyevin fikirləri beynəlxalq mətbuatda geniş işıqlandırıldı - FOTOLAR

10:40 - 22 Yanvar 2026

İlham Əliyevin fikirləri beynəlxalq mətbuatda geniş işıqlandırıldı - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında və “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi“ adlı tədbirdə söylədiyi fikirlər beynəlxalq mətbuat tərəfindən geniş işıqlandırılıb.


Manset.az xəbər verir ki, Avropanın müxtəlif ölkələrinin, Rusiyanın və ərəbdilli ölkələrin media orqanları Azərbaycan Prezidentinin “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasındakı çıxışına istinadən məqalələr hazırlayıblar. Məqalələrdə ilk növbədə Ermənistan və Azərbaycan arasında artıq arxada qalmış müharibədən sonra regionda yaranmış yeni reallıqlar, iki ölkə arasında gələcəyə yönəlmiş baxışlar diqqət mərkəzində dayanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az