Nizamidə ötən ilin yekunları ilə bağlı yığıncaq keçirildi - FOTOLAR

12:36 - 23 Yanvar 2026

Nizamidə ötən ilin yekunları ilə bağlı yığıncaq keçirildi - FOTOLAR

Nizami Rayon İcra Hakimiyyətində ötən gün 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.


Manset.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin, sənaye, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlk öncə yığıncaq iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Tədbirdə həmçinin Ulu Öndər Heydərin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra 2025-ci il ərzində Nizami rayonunda görülmüş işlər və keçirilmiş tədbirlərə dair videofilm nümayiş olunub.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov rayonun 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair məruzə ilə çıxış edib. Qeyd olunub ki, 2025-ci il Azərbaycan üçün diplomatik fəallıq, beynəlxalq nüfuzun möhkəmlənməsi və strateji uğurlarla yadda qalan mühüm bir mərhələ olmuş, Möhtərəm Prezidentimizin müdrik siyasəti sayəsində ölkəmiz siyasi, iqtisadi və beynəlxalq əməkdaşlıq sahələrində əldə etdiyi nailiyyətlərlə regionda və qlobal miqyasda mövqeyini daha da gücləndirib.

2025-ci ili Nizami rayonu da uğurlu nailiyyətlər və yüksək iqtisadi göstəricilərlə başa vurub. Prezidentin qarşıya qoyduğu tapşırıqların icrası istiqamətində il ərzində geniş sosial-ideoloji və maarifləndirici tədbirlər keçirilib, rayonun iqtisadi göstəriciləri artıb, qeyri-neft sektoru inkişaf etdirilib, yeni istehsal sahələri və iş yerləri açılıb, sakinlərin sosial rifahının yüksəldilməsi təmin olunub, şəhid ailələrinə, Vətən müharibəsində xəsarət almış şəxslərə və aztəminatlı ailələrə daim olaraq diqqət və qayğı göstərilib, əhalinin sosial problemlərinin həllinə yönələn işlər görülüb, yeni abad məhəllələr, parklar salınaraq sakinlərin istifadəsinə verilib, rayonda abadlıq, quruculuq, təmir-tikinti, yaşıllaşdırma işləri aparılıb.

Hesabat ilində görülmüş işlərlə yanaşı rayon rəhbəri həmçinin qarşıda duran vəzifələr və mövcud problemlər barədə danışıb, bir sıra məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verib.

Hesabat yığıncağında Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini, YAP sədrinin müavini Əli Əhmədov, Milli Məclisin deputatları Rasim Musabəyov, Könül Nurullayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Firdovsi Cəbrayılov və Vətən müharibəsi şəhidi Alı Həsənlinin atası Nofəl Həsənov çıxış ediblər.

Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 2-ci ərazi sektorunun müdiri Natiq Əliyev tədbirdə çıxış edərək Prezident İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatları və ölkənin qarşısında duran yeni hədəflər barədə geniş məlumat verib, həmçinin rayonun gələcək işləri ilə bağlı prioritet istiqamətləri vurğulayıb.

Hesabat yığıncağının sonunda iştirakçılar adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az