Azər Süleymanov vəzifəsindən azad edildi - FOTO

16:45 - 23 Yanvar 2026

Azər Süleymanov vəzifəsindən azad edildi - FOTO
Dövlət Vergi Xidmətinin (DVX) Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin rəisi Azər Süleymanov vəzifəsindən azad olunub.



Manset.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı DVX rəisi Orxan Nəzərli müvafiq əmr imzalayıb.

Məlumata görə, Baş idarənin rəisi vəzifəsinin müvəqqəti icrası baş idarə rəisinin müavini Müzəffər Mikayılova tapşırılıb.

Eyni zamanda Baş İdarənin Təhlil şöbəsinin rəisi Fərid Hacıyev də vəzifəsindən azad edilib və bu vəzifənin müvəqqəti icrası isə Xəlil Mayılova həvalə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az